Alimlər gəzən balıq kəşf ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada 25 ildən sonra ilk dəfə yeriyən balıq aşkar edilib. Bu balıq üzgəclərinin üzərində yeriyə bilir.
Balıq Tasmaniyanın şimal-şərqindəki Flinders adası yaxınlığındakı sualtı kanyonun kənarında 292 metr dərinlikdə tapılıb.
Qeyd edək ki, bu balıq növü ilk dəfə 1996-cı ildə kəşf edilib.