Avstraliyalı qadın təcrübə olaraq yeni doğulan körpəsinə dərman adı vermək qərarına gəlib və gözlənilməz nəticə ilə qarşılaşıb.
Lent.az xəbər verir ki, bu barədə news.com.au məlumat yayıb.
ABC-nin jurnalisti Kirsten Drysdeyl tamaşaçılara vacib suallara cavab tapmaqda kömək etmək məqsədi daşıyan televiziya proqramında işləyib. O, Metamfetamin (danışıqda patı – red.) reyestrə necə daxil ediləcəyini bimək istəyirdi. O, valideynlərin ilk müraciəti rədd edilərsə, uşağın hansı adla qalacağını da öyrənmək istəyib. Lakin rəsmilər qadının suallarına əsaslı cavab verə bilməyiblər.