Əsrlər boyu bəşəriyyət Kainatda tək olub-olmamağımızla maraqlanırdı. Yaşayış potensialı olan planetlərin sayının artması, sirli kosmik siqnallar və UFO hekayələri ilə bəşəriyyət yerdənkənar həyatın böyük bir kəşfinin astanasında olduğu görünür. Elə məhz bu səbəbdən tədqiqatçılar yadplanetlilərin varlığı haqqında heç kimin bilmədiyi sirləri açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutundan olan planetoloq, professor Sarah Seager, yadplanetli həyatın mövcudluğuna dair hələlik heç bir dəlil olmadığını iddia edir.
Alim qeyd edir ki, indiyədək sensasiyalı UFO videolarında yadplanetlilərin varlığına dair inandırıcı dəlil yoxdur. Üstəlik, hazırda rəsmi elmi araşdırmalarda belə bir məlumat yoxdur. Yadplanetli həyatın mövcudluğuna dair aydın dəlil hələ aşkar edilməyib.