İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq üçün bir neçə ay ərzində iki qadınla evlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi əvvəlcə Kolumbiya əsilli, sonra isə Qvineya sakini ilə evlənib.
Qeyd olunur ki, kişi ortaq məlumat bazası olmayan iki fərqli şadlıq sarayında ailə qurub. Bir il sonra qvineyalı qadının yaşayış icazəsi üçün müraciətinə baxan məmurlar aşkar ediblər ki, ərinin adı əvvəllər birinci arvadının ərizəsində istifadə olunub. Polis ispaniyalını həbs edib. O, ikiarvadlılıq və xarici vətəndaşların hüquqlarını qəsb etməkdə ittiham olunub.
İstintaqın məlumatına görə, kişi qadınlarla münasibət qurmayıb və maddi maraq üçün nikaha razılaşıb. Eyni zamanda, o, keçmişdə də sui-istifadə və cinsi təcavüzə görə mühakimə olunub.