Van Qoqun oğurlanmış tablosu tapıldı
13 sentyabr 2023 09:35 (UTC +04:00)

Van Qoqun oğurlanmış tablosu tapıldı

Dünyaca məşhur rəssam Van Qoqun Hollandiyada oğurlanmış tablosu tapılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyalı detektiv 2020-ci ildə muzeydən oğurlanmış Van Qoq tablosunu tapıb. “The Guardian” qəzeti yazır ki, Vinsent Van Qoqun 2020-ci ilin martında muzeydən oğurlanmış rəsm əsəri ortaya çıxıb.

Van Qoqun 3-6 milyon avro dəyərində olan "Nuenen, Bahardakı Kahin bağı" adlı tablosu polisin köməyi ilə holland sənət detektivi Artur Brand tərəfindən aşkar edilib. Rəssamın 1884-cü ildə çəkdiyi rəsm koronavirus pandemiyası səbəbindən karantin zamanı Amsterdam yaxınlığında yerləşən Singer Laren Muzeyindən oğurlanıb. 

Brendin dediyi kimi, rəsm ona naməlum şəxs tərəfindən çatdırılıb: o, itən əşyanı yastıq qabına bükülmüş bağlamada təhvil verib.
Detektiv tablonun geri qayıtmasının həyatının ən böyük anlarından biri olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar