İnsanlar timsahla fil arasında olan döyüşün şahidi olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrikada bələdçi Emmanuel Southey timsahla filin döyüşünü lentə alıb. “Həftə sonları evdən düşərgəyə qayıtdığımız günlərdən biri idi. Həyatda bir dəfə baş verən hadisənin şahidi olacağımızı bilmirdik. Luanqva çayı boyunca sürərkən aşağıda suda gurultunun olduğunu gördük", deyə o bildirib.
53 yaşlı bələdçinin sözlərinə görə, o, belə bir tamaşanın şahidi olmaqdan çox məmnun olub. Fil yaxşı döyüşüb, lakin timsah da geri çəkilməyib.
Nəticədə fil düşməni silkələyərək çayı keçə bilib.