Təyyarədə arxa cərgələrdən  yerlər seçin – SƏBƏB
26 oktyabr 2023 15:04 (UTC +04:00)

Təyyarədə arxa cərgələrdən yerlər seçin – SƏBƏB

Təyyarədə çox vaxt sərnişinlər son cərgələrdə, xüsusən də tualetin yanında oturacaqlardan qaçmağa çalışır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun çox səhv fikir olduğunu açıqlayıb. 

Onların sözlərinə görə, sonuncu sıralardakı oturacaqlar uçuş zamanı çox rahat olur. 

Belə ki, bu oturacaqlar adətən boş qalır. Bu hissədə oturacaq seçərək, özünüz üçün bütöv bir sıraya sahib olacaqsınız və daha rahat yuxu ala, istirahət edə bilərsiniz. 

Bəzi sərnişinlər isə bu yerlərin tualetə yaxın olmasından xoşlanmırlar. Ancaq bildirilir ki, təyyarələrin göyərtəsindəki tualetlərdə qatarlardan fərqli olaraq adətən xoşagəlməz qoxu olmur. 

Ən əsası isə uşaqlı ailələr nadir hallarda təyyarənin arxa cərgələrini seçirlər. Bu o deməkdir ki, belə oturacağı seçməklə siz uşaqların səs-küyündən narahat olmadan daha rahat və sakit uçuşdan zövq ala bilərsiniz.

Yardım üçün və ya aktual suallarla tez bir zamanda stüardessalarla əlaqə saxlaya bilərsiniz. Çünki onlar adətən həmin sıralarda olurlar.

Bununla belə, həmin yerlərin bəzi çatışmazlıqlarını xatırlamağa dəyər:

Bəzi hallarda, sonuncu cərgələrdə oturacaqlar əyilmir. Bu tam uzanmış oturacaqlarda yatmağa üstünlük verən birisinizsə, narahatlığa səbəb ola bilər. Qarşınızdakı sərnişinlər oturacaqlarını arxaya tərəf uzatsalar, yeriniz məhdudlaşa bilər və bir qədər narahat ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11556
avatar

Sevinc Fərid

Oxşar yazılar