Telefonda bu 5 ifadəyə  DİQQƏT EDİN – Fırıldaqdır
04 yanvar 2024 18:00 (UTC +04:00)

Telefonda bu 5 ifadəyə DİQQƏT EDİN – Fırıldaqdır

Hazırkı vaxtda fırıldaqçılar insanlarda pul və ya əmlak əldə etməyin yeni yollarını tapmağa davam edirlər. Ancaq əksər hallarda bir çox insanın bildiyi standart üsullardan istifadə edirlər. 

Əgər telefonda bəzi ifadələri eşidirsinizsə, o zaman onu tez bağlamalısınız. Xüsusən də, zəng tanımadığınız bir nömrədən gəlirsə… Bəs, bu hansı ifadələrdir?

Lent.az həmin ifadələri təqdim edir: 

"Kredit müraciəti təsdiqlənib"

Bu, yalnız müştərinin özü belə bir sorğu təqdim etdikdə təsdiqlənir. 

"Mən Mərkəzi Bankın əməkdaşıyam"

Mərkəzi Bankın əməkdaşları vətəndaşlara özləri zəng etmir və yazmır.

"Xüsusi və ya təhlükəsiz hesab"

Belə hesablar mövcud deyil - standart bank hesabı artıq təhlükəsizdir. “Yeni və təhlükəsiz hesablara” heç bir köçürmə etməyin. 

"İstintaq tədbirləri həyata keçirilir"

Polis əməkdaşları telefonla istintaq hərəkətləri aparmırlar. 

"Pulunuzu oğurlamaq istəyirlər"

Yenə də naməlum hesaba pul köçürməyin. Bankın özü hesabı bloklaya bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4794
avatar

Sevinc Fərid

Oxşar yazılar