Əksər insanlar güllələrin daha çox dəmir metaldan hazırlandığını düşünür. Çoxlarımız ağlına belə gətirmir ki, bir zamanlar şüşə güllələrdən də istifadə edilib.
Lent.az atıcı silahlar üçün nəzərdə tutulmuş şüşə güllələrin nə üçün hazırlandığı və onların effektivlik dərəcəsi barədə məlumat verəcək:
Müasir dövrümüzdə şüşə güllələr atıcı silahlar üçün döyüş sursatlarının istehsalı və istifadəsi üçün ən uyğun olan üçüncü seçimdir.
Güllələrin şüşədən hazırlanması faktı insanlara çoxdan məlumdur. Dünyanın müxtəlif yerlərində bunlardan istifadəyə rast gəlinib. Çox vaxt şüşə güllələr əl işi kimi və ya yenidən doldurulmuş sursatlar kimi dövriyyəyə buraxılırdı.
Şüşə güllələr ən çox 19-cu əsrdə ucqar yerlərdə yaşayan mühafizəçilər və ovçular arasında istifadə olunurdu.
Döyüş şəraitində şüşə güllələrdən istifadənin ən parlaq epizodu Rusiyadakı vətəndaş müharibəsi idi. Oxşar döyüş sursatı Sibir və Monqolustanda “Qırmızılar”la vuruşan “Ağ”ların general-leytenantı Roman Fedoroviç fon Unqern-Şternberqin tabeliyində olan mütəxəssislər tərəfindən hazırlanmışdı. Səbəb sursat qıtlığının ortaya çıxması idi.
Nəticədə Şternberq bununla bağlı kimyaçı Vsevolod Lisovskidən xahiş etdi. Kvars, kalsium karbonat və soda kimi əlverişli materiallardan şüşə güllələr hazırlandı.
Bu güllələrin effektivlik dərəcəsinə gəldikdə isə demək olar ki, qısa məsafələrə atəş açarkən kifayət qədər təsirli olurlar. Bu cür güllələrin yeganə ciddi çatışmazlığı, atış zamanı toz qazlarının təsiri altında elementin parçalanması riskidir. Məhz buna görə də şüşə sursatlardan döyüş məqsədləri üçün deyil, əsasən təlim üçün istifadə edilməyə başlanıldı.
Bir sıra hallarda belə güllələr hətta 3-cü mühafizə sinfinə məxsus zirehli gödəkçəni də dəlib keçib.