ABŞ-nin Konnektikut ştatında iri qara ayı evin pəncərəsini sındıraraq mətbəxə daxil olub.
Lent.az xəbər verir ki, soyuducudan yemək oğurlayan ayı müşahidə kameralarına düşüb. Videogörüntülərdə ayının soyuducunun qapısını açıb oradan dondurulmuş toyuğu çıxardığı əks olunur.
Ev sahibi hadisədən mobil telefonuna oğurluq barədə mesaj daxil olarkən xəbər tutub.
O bildirib ki, evə heç bir ziyan dəyməyib, sadəcə olaraq, ayı it yemi ilə dolu kisəni dağıdıb.