Lent.az psixoloqların tərtib etdiyi növbəti psixoloji testi təqdim edir.
İnsanlarla və xüsusən sevgilinlə münasibətlərdə şeytan yoxsa, mələk rolundasan? Bilmək istəyirsənsə şəkildə ilk nə gördüyünü de.
Şəkildə ilk quş gördünsə, daim pis şeyləri düşünürsən. Hər kəsin də yalnız qara düşüncələrdə olduğunu fikirləşdiyin üçün sən münasibətlərdə şeytan rolundasan. Səndən qorxmaq lazımdır.
Yaşıllıq - Diqqətini ilk növbədə yaşıllıq çəkdisə, sən bir mələksən. Gözlərini aç ki, tez tora düşməyəsən.
Mavi rəng diqqətini çəkdisə, həm mələk, həm də şeytansan. Heç kəsi başının üstünə qaldırmır, heç kimə vəfasızlıq etmirsən. Sənə dəyər verəni əsla unutmursan.
Dağları gördünsə, başının içi qarmaqarışıq fikirlərlə doludur. Hər zaman məşğulsan. Buna görə də mələk sayılmazsan.