Saxta lotereya biletlərindən  böyük uduş   əldə etdi
05 oktyabr 2023 11:08 (UTC +04:00)

Saxta lotereya biletlərindən böyük uduş əldə etdi

Böyük Britaniyada bir kişi saxta lotereya biletlərindən böyük uduş əldə etdiyi üçün saxlanılıb. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda həmin şəxs məhkəmənin qərarına baxmayaraq pulu qaytarmaqdan imtina edir.

57 yaşlı britaniyalı saxta lotereya biletləri düzəltmək yolu ilə Milli Lotereyanı 2,5 milyon funt-sterlinq bir məbləğlə aldadıb. O, oğurluq planını Milli Lotereyanın əməkdaşı ilə birlikdə hazırlayıb. Ancaq ortağı intihar edib və bundan sonra kişi tutulub. 

Kişinin planı hələ 2019-cu ildə üzə çıxıb. Məhkəmə ona 900 min funt sterlinqdən çox pul ödəməklə bağlı qərar çıxarıb. Ancaq o, bundan imtina edib. Daha sonra onun evi hərraca çıxarılıb və  1,2 milyon funt-sterlinq kimi böyük məbləğdə satılıb. Fırıldaqçı həmçinin 2019-cu ildə lotereya dələduzluğundakı roluna görə doqquz il həbsə məhkum edilib.

Qeyd edək ki, cinayətkarın ortağı Knibbs adlı şəxs 2015-ci ildə qohumlarına törətdiyi əməli etiraf etdikdən sonra intihar edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3286

Oxşar yazılar