Saç düzləşdiriciləri xərçəngə SƏBƏB OLA BİLƏR
19 avqust 2023 15:01 (UTC +04:00)

Saç düzləşdiriciləri xərçəngə SƏBƏB OLA BİLƏR

Çikaqo Universitetinin alimləri Milli Sağlamlıq və Ətraf Mühit İnstitutundan olan həmkarları ilə birlikdə qıvrım saçları düzəltmək üçün vasitələrin uşaqlıq xərçənginin inkişaf riskini artırdığını müəyyən ediblər.

Lent.az xəbər verir ki, nəticələr Milli Xərçəng İnstitutunun jurnalında təqdim olunub.

Müəlliflər 10 il ərzində 34 min qadının sağlamlıq məlumatlarını təhlil ediblər. Bu müddət ərzində 378 iştirakçıya uşaqlıq xərçəngi diaqnozu qoyulub. Alimlər qadınların həyat tərzi ilə bağlı məlumatları təhlil etdikdən sonra müəyyən ediblər ki, bu qadınlar kimyəvi saç düzümü ediblər.

Belə ki, il ərzində ən azı bir dəfə bu proseduru edənlərin xəstəliyə tutulma ehtimalı heç vaxt kimyəvi düzəltmə ilə məşğul olmayanlara nisbətən 64% yüksək olub. Saçlarını tez-tez, ildə dörd və ya daha çox dəfə kimyəvi yolla düzəldən qadınlarda risk 71% daha yüksək olub.

Prosedur klassik permaya bənzəyir - saçlara parabenlər, bisfenol A, formaldehid və təhlükəli metallar kimi kanserogenlər ola bilən xüsusi formulalar tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

Fidan İlqar

Oxşar yazılar