Quran məzarlığı:   köhnə kitabları nə edirlər?
03 fevral 2024 14:00 (UTC +04:00)

Quran məzarlığı: köhnə kitabları nə edirlər?

Hər il dünyada milyonlarla Quran kitabı nəşr olunur. Dini inanclara görə, müsəlmanlar üçün müqəddəs sayılan bu kitablara xüsusi diqqət və hörmətlə yanaşılır. Quranı hara gəldi qoymaq olmaz, onu təmiz yerdə oxumaq, oxumazdan öncə dəstəmaz almaq tələb olunur.

Bəs köhnəlmiş "Quran" kitabları necə olur?

Lent.az xəbər verir ki, İslam qaydalarına görə, çox köhnəlib, ələ alınmaz hala düşmüş Quran kitablarını təmiz bir parçaya büküb təmiz yerdə torpağa basdırmaq lazımdır.

İkinci bir vasitə də var. Köhnə "Qura"n kitabı təmiz yerdə axar suya qoyulur, bulaq və ya çayın suyu onun səhifələrindəki hərfləri yuyub aparır.

Paksitanda isə 40 il öncə "Quran" məzarlığı yaradılıb. Burada 2,5 milyon ədəd müqəddəs kitab dəfn edilib.  

Belucistan vilayətində, Kvetta şəhəri yaxınlığında Cabel Əl Nur dağında uzunluğu 10 kilometr olan yeraltı tunellər qazılıb. Bu tunel və mağaralarda təmiz kisələrə doldurulmuş köhnə dini kitablar saxlanılır.

Söhbət təbii ki, əlyazma sayılan tarixi əsərlərdən getmir. Nəşriyyat tərəfindən dərc edilən, lakin köhnəlib istifadəyə yararsız hala düşmüş kitablar Nur dağı altında bu şəkildə dəfn olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4899
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar