Həkim qulaqcıqla yatmağın nə üçün təhlükəli olduğunu açıqlayıb.
Lent.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, qulaqcıqla yatmaq bir-başa beyinə təsir edir. Belə ki, yuxu zamanı beyin dincəlməlidir. Qulaqlıqlar və musiqi işə salındıqda, o, əlavə yük alır.
Qulaqcıqlarda musiqi 70 dB-dən yüksək olmamalıdır. Ancaq gündə 60 dəqiqədən çox olmayaraq onu dinləyə bilərsiniz.
Onlar eşitmə pozğunluğuna, beynin eşitmə mərkəzlərinin depressiyasına, daxili qulağın və vestibulyar aparatın disfunksiyasına səbəb ola bilər. Bundan əlavə, qulaqcıqların uzun müddət istifadəsi kükürd tıxaclarının əmələ gəlməsinə və infeksiyaya gətirib çıxarır.