Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu qohuma qarşı ifadə verməməklə bağlıdır.
Maraqlıdır, görəsən, qohuma qarşı ifadə verməmək məsuliyyət yaradır?
Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz