Qoca doğulan körpənin görüntüləri şoka saldı
31 avqust 2023 09:57 (UTC +04:00)

Qoca doğulan körpənin görüntüləri şoka saldı

Benjamin Batton filmi barədə eşitmisiniz yəqin. Dünyaya qoca gəlib uşağa çevrilərək ölən insanın maraqlı həyat hekayəsidir. Əslində bu filmə bənzər hadisə real həyatda da baş verib.

1993-cü ildə Avstraliyanın cənub şərqində doğulmuş Tom Tennet tibb elminin marağını çəkmiş bir xəstəliklə doğulmuşdu. Körpəni görənlər heyrət edirdilər. Hətta valideynləri belə ona necə yanaşacaqlarını bilmirdilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tomun bədənində həddən artıq dəri var idi deyə, o qoca adamlar kimi qırış-qırış idi. Həkimlər yeni doğulmuş körpənin 5 yaşlı uşağın dərsini daşıdığını dedilər və valideynlərə təsəlli verdilər: “Zaman keçdikcə Tomun qırışları azalacaq, dərisi dartılacaq”.

 Deyildiyi kimi oldu, Tom böyüdükcə gəncləşməyə başladı. Düzdü, onun məktəb illəri heç də asan keçmədi. Çoxları onu görəndə heyrətlə baxır, bəzən lağ edirdilər.

İndi ailə qurub xoşbəxt yaşayan Tom yaşa dolduca daha yaraşıqlı insana çevrilir.

 Dərin qırışların izləri isə yalnız alnında qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar