Qadın quzunu “övladlığa” götürdü
03 may 2021 19:34 (UTC +04:00)

Qadın quzunu “övladlığa” götürdü

Qadın quzunu “övladlığa” götürdü: ”Günə 6-7 bez dəyişirik”

Pandemiya səbəbi ilə uşaqlarını əyləndirmək üçün evinə quzu alan qadın bir müddət sonra onu “övladlığa” götürüb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu qeyri-adi hadisə Sakaryada baş verib.

Quzu alan Nükhet Azaklı ona “Karbeyaz” adını verib. “Karbeyaz”ı övladlarından ayırmayan Azaklı öna körpəsi kimi baxır, qulluq edir. Quzunun yanından ayırmayan Nükhet özü ilə marketə, alış-veriş mərkəzlərinə aparır, ona geyimlər alır.

Evin 5-ci sakini sayıldığını deyən Azaklı quzunun çox sakit olduğunu da bildirib.

“Karbeyaz çox sakitdir. Hara getsəm yanımda olur. Mən yanında olmayanda səs çıxarır. Körpə uşaq kimidir. Gün ərzində 3 litrə yaxın süd içir, 6-7 bez dəyişirik. Uşaqlarımla yaxşı vaxt keçirir. Hamımız onu çox sevirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar