Miçiqanda yaşayan 46 yaşlı Kristin Muravski ərinin doğum günündə cekpot udub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 288,903 dollar məbləğində uduşu eşidincə sevincindən ərinin dili tutulub.
“Biz taleyin belə hədiyyəsinə çox şad olduq. Sevindik ki, vaxtından əvvəl pensiyaya çıxa biləcəyik və ömrümüzün qalan illərini qayğısız yaşaya biləcəyik”,- deyə o bildirib.