ABŞ-da kişi sevgilisinin smartfonunda mesaj aşkar etdikdən sonra onunla 7 illik münasibətinə son qoymaq qərarına gəlib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kişi sevgilisi ilə başqa birinin yazışmalarını oxuyub.
Ertəsi gün sevgilisi məktəbə gedəndə kişi onun əşyalarını küçəyə atıb.
Bundan əlavə, evin kilidini dəyişdirib. Qadın evə qayıtdıqda nə olduğunu başa düşməyib. Kişi qadını evə buraxmayıb və ondan ayrılıb.