Qadın  barmaq izlərinə görə   həbs edildi
19 aprel 2024 19:49 (UTC +04:00)

Qadın barmaq izlərinə görə həbs edildi

Arizona ştatının Phoenix şəhərində 66 yaşlı Penny Makkartin adlı qadın səhvən barmaq izinin qurbanı olub. Nəticədə onu dəmir barmaqlıqlar arxasına salıb. Penny 25 il müddətinə şərti azadlığa buraxılmasını pozduğu üçün axtarışda olan 70 yaşlı Kerol Ann Rozakla səhv saldıqdan sonra həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Makkartinin barmaq izlərinin ilkin yoxlanışı Rozakın barmaq izləri ilə uyğunluğu təsdiqlənib, bu da onun həbsinə və bir gecəni dəmir barmaqlıqlar arxasında qalmasına səbəb olub.

Lakin ertəsi gün o, jurnalistlərin müdaxiləsi və barmaq izinin təkrar yoxlanılması nəticəsində təyin olunmuş məhkəmə iclasından əvvəl sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları səhvi Rozakın evlənmədən əvvəl Makkarti soyadını daşıyan Penia Burns adlı başqa bir qadının məlumatından istifadə etməsinin kompüter sistemindəki nasazlığı ilə əlaqələndirib.

Baş verənlərin ədalətsizliyini və travmasını hiss edən Penny Makkarti, günahkarlar üçün ədalət və cəza axtarmaq niyyətində olduğunu bildirib. O, həbslə bağlı emosiyalarını da bölüşüb, stress və travma keçirdiyini, indi də oxşar hadisələrdən qorxaraq çölə tək çıxmaqdan çəkindiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Fidan İlqar

Oxşar yazılar