Porno asılılığın   qarşısının almağın  YOLLARI
19 fevral 2024 13:39 (UTC +04:00)

Porno asılılığın qarşısının almağın YOLLARI

Porno asılılığın qarşısını almağın yolları açıqlanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə seksoloq Oleq Ximko danışıb.

O bildirib ki, porno asılılığı münasibətlərə və işlərə zərər verməyə başlayanda onun qarşısını almaq üçün kiçikdən başlamaq lazımdır. Ximkonun sözlərinə görə, o, xəstələrinə porno saytlara girməyə icazə verir, lakin bunu həyat planlarının bir hissəsinə çevirməyi, yəni müəyyən vaxtda bunu etməyi və bir saatdan çox vaxt sərf etməməyi tövsiyə edir. Bundan sonra, tərəfdaşınızla danışmaq və ona izah etmək lazımdır ki, bu aludəçilik şəhvət və ya xəyanət deyil, müalicə edilməli olan bir xəstəlikdir. 

Seksoloq qeyd edib ki, terapiya zamanı pasiyentə hər dəfə porno filmə baxanda bir vərəq götürüb cinayətinə görə həyat yoldaşına və ya özünə “tövbə məktubu” yazmağı tövsiyə edir.

“Bu yolla biz günahdan insanın xeyrinə istifadə edirik. İnsanın bu hisslərə dalması porno izləmək istəyinə hakim olmağa başlayır və sayta girişlər getdikcə daha az olur”, - Ximko izah edib.

O, aydınlaşdırıb ki, bu asılılıqla mübarizədə əsas şey qadağan etmək, marağı artırmaq deyil, məzmuna baxmağa marağı zəiflətməkdir ki, insan tədricən öz davranışına nəzarət etməyi öyrənsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5667
avatar

Oxşar yazılar