Pişiklər sahiblərinə qarşı kiçik uşaq kimi davranırlar və onların davranış nümunələri çox fərqli ola bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, psixoloqlar pişiklərlə onların sahibləri arasındakı münasibətdə maraqlı fakt aşkar ediblər.
Ənənəvi olaraq, pişiklər itlərdən daha "müstəqil" sayılırlar. Ancaq əslində pişiklər sahiblərinə düşündüyümüzdən daha çox bağlı olurlar. Bunu Oreqon Dövlət Universitetinin (ABŞ) mütəxəssislərinin apardığı araşdırmanın nəticələri sübut edir.
Psixoloqlar pişik balalarının davranışlarını müşahidə ediblər. Əvvəlcə pişik bala bir müddət sahibi ilə otaqda olub, sonra isə tək qalıb. Heyvanların 60% -i "təhlükəsiz" davranış nümunəsi nümayiş etdirib. Bu termin əvvəllər körpələrin valideynlərinə, itlərin isə sahiblərinə münasibətini təyin etmək üçün istifadə olunurdu.
"Təhlükəsiz davranış" pişiklərin sahibləri yanında olmayanda kədərləndiyini, eyni zamanda sahibi ilə ünsiyyət, ətrafdakı dünya haqqında bilikləri arasında tarazlığı qoruduğunu göstərir.
Eyni zamanda, pişiklərin 30 faizi təhlükəli bağlanma nümayiş etdirib. Yəni sahibinin getməsi onları çox narahat edib. Sahibi qayıdanda belə, heyvan özünü normal hiss etməyib. Bu cür pişiklər ya sahibi ilə ünsiyyətdən qaçırdılar, ya da əksinə, həddən artıq çox arzu edirlər. Onların davranışları nizamsız idi.
Alimlərin qeyd etdiyi kimi, eyni davranış nümunələri uşaqlar üçün xarakterikdir. Bu o deməkdir ki, pişiklər itlərdən heç də az sosial bacarıqlar nümayiş etdirmirlər və demək olar ki, sahiblərini öz valideynləri kimi qəbul edirlər.