Polşada yuxu görən bir sakinlə bağlı qəribə hadisə yaşanıb.
Lent.az xəbər verir ki, Bartoşitse şəhər sakini gecə saatlarında polisə müraciət edərək, meyitin olduğu iddia edilən mənzilinə gəlmələrini xahiş edib.
Ancaq polyak adam telefonla aydın danışmadığı üçün növbətçi polis söhbətin səs yazısına yenidən qulaq asmalı olub.
Bundan sonra o, qarşı tərəfin meyitdən danışdığına əmin olub və telefondakı adamın vəfat etmiş şəxsin dostu olması qənaətinə gəlib. Nəticədə polis əməkdaşları qeyd olunan ünvana göndərilib.
Hadisə yerinə gələn polislər, qapını onlara tamamilə sərxoş olan şəxsin açdığını görüblər. Həmin şəxs çaşqın danışır, ayaq üstə durmaqda çətinlik çəkir və spirt iyi verirmiş.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərizəçinin təzəcə yuxudan oyandığını görüblər. Onlar mənzildə axtarış aparıblar və orada heç bir meyit tapmayıblar.
Bir müddət keçdikdən sonra kişi yuxu gördüyünün fərqinə varıb. Nəticədə polisi əsassız məşğul etməsi səbəbi ilə kişiyə təxminən 500 zloti (təxminən 195 manat) cərimə olunub.