80 milyon dollardan çox qazanan Mayamidən olan model Sofi Reyn özünü "dünyanın ən əlçatmaz qadını" elan edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, ürəyini fəth etmək şansını arzulayan kişilər üçün ciddi standartlar qoyub.
"Mən tələbkar deyiləm, sadəcə layiq olduğumdan daha az bir şeylə kifayətlənməkdən imtina edirəm və minimum enerji səviyyəsini qəbul etməyəcəyəm", - Sofi deyib.
Var-dövlətinə və şöhrətinə baxmayaraq, o vurğulayıb:
"İnsanlar uğurlu olduğum üçün bir milyonerə ehtiyacım olduğunu düşünürlər, amma əslində bu mənim üçün vacib deyil - özümü mükəmməl idarə edirəm".
Sofinin partnyor üçün aydın, "müzakirə edilə bilməyən" tələbləri var: dürüstlük, ambisiya, sədaqət və yumor hissi. 20 yaşlı model deyir: “Əgər kimsə bu dörd meyara cavab vermirsə, o mənim üçün deyil”.
O, ictimai onlayn fəaliyyəti ilə təhdid hiss etməyəcək özünə inamlı tərəfdaş istədiyini də vurğulayıb.
Bu, Sofi üçün xüsusilə vacibdir: o, OnlyFans platformasında ən yüksək maaş alan məzmun yaradıcılarının ilk 0,01 faizliyindədir və onun pərəstişkarlarından biri bir il ərzində ona 4,7 milyon dollar xərcləyib.
NSFW kontent sənayesindəki karyerasına baxmayaraq, Reyn hələ də bakirə olduğunu və bununla fəxr etdiyini iddia edir. "Seks vacibdir, amma mənim üçün sevgi və bağlılıq hər şeydən əvvəl gəlir. Mən ilk dəfə ərimlə olmağımı istəyirəm. Bəzi insanlar bunun köhnə düşüncə hesab edir, amma mənim üçün bu, öz dəyərimi anlamaqdır", - Sofi izah edib.
Gələcəkdə model ənənəvi ailə həyatını xəyal edir: "Mən ər, uşaqlar, ailə naharları, hər şeyin ideal olmasını istəyirəm".