Osmanlı dövründən qalma təsbehlərin qiyməti 30 min dollara qədər qalxır.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada müxtəlif daş və materiallardan hazırlanmış tesbehlər keyfiyyətinə həmçinin istehsal tarixinə görə rekord qiymətə satılır.
Pələng gözü, kəhrəba, əqiq, kvars, oniks, ametist, hematit, ceyt daşı və s. materiallardan hazırlanan tesbehlərin qiyməti 100 lirədən başlayır və 500 min lirəyə qədər gedir. Osmanlı dövründə damcı kəhrəbadan hazırlanan və bu günə qədər heç bir zədə görməyən muncuqların qiyməti 30 min dollara çatır.