Astroloqlar oktyabrda sevgisini tapacaq və pullanacaq bürcləri açıqlayıblar.
Lent.az xəbər verir ki, bu şanslı bürclərdən biri Şirlərdir. Onları bu ay romantik görüşlər və əyləncə gözləyir. Həmçinin, payızın ikinci ayı maliyyə baxımından Şir bürcləri üçün çox uğurlu olacaq. Ancaq bu barədə özünüzü idarə etmək vacibdir.
Pulu diqqətli xərcləməlisiniz, əks halda kredit götürmək məcburiyyətində qalacaqsınız.
Oktyabr ayı Tərəzilərə həyatın bütün sahələrində hiss olunacaq qeyri-adi bir yüngüllük verəcək. Şəxsi münasibətlərdə, işdə və maliyyə sahəsində problemlər yaranarsa, bunlar sözün əsl mənasında öz-özünə həll olunacaq.
Karyera sahəsində yaxşı perspektivlər açılacaq. Bürcün nümayəndələri yeni və yaxşı maaşlı mövqe tutmaq imkanı əldə edəcəklər. Bununla belə, nailiyyətlərinizlə kifayətlənmək deyil, dərhal işə qarışmaq vacibdir.
Payızın ikinci ayında Balıqlar da sevinəcək bürclər arasındadır. Yaxınlarınızla isti münasibətlər və ailə birliyi hissi onları yeni güclə dolduracaq. Ailə münasibətləri və ev işləri son dərəcə yaxşı olacaq.
Karyera sahəsində də hər şey yaxşı gedəcək. Yeni gəlirlər yaranacaq, yeni müştərilər cəlb edə biləcəksiniz. Bütövlükdə, dövr ötən yay aylarına nisbətən daha əlverişli olacaq. Bu bürc altından doğulanlarının narahatlıq əlamətləri aradan qalxacaq, hətta dincəlməyə vaxt tapa biləcəklər. Bu da onların mənəvi və fiziki vəziyyətinə faydalı təsir göstərəcəkdir.