24 yaşlı “OnlyFans” modeli Angel Bimbonun kukla kimi görünmək üçün böyük məbləğdə pul xərcləməsi diqqət çəkib.
Lent.az “Daily Mail”ə istinadən xəbər verir ki, onun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
"Mən plastik mükəmməlliyin bir parçasıyam. Plastik əməliyyata təxminən 100 min dollar xərcləmişəm. Heç vaxt kiçilmək istəmirəm. Bunu kim istəyər? Bimbo (kukla) olmaq həyatımdakı ən yaxşı şeydir", - deyə o bildirib.
Onun sözlərinə görə, dodaqlarını “partlayana” qədər böyütməyi planlaşdırır.
Qeyd edilir ki, Angel hələ uşaq olarkən anası ilə birlikdə plastik əməliyyatlarla bağlı verlişlərə baxan zaman bu qərarı verib və özünü dəyişmək istəyib.
Gənc oğlan saç əkdirmə, burun əməliyyatı, çənə implantatı, eləcə də liposaksiya, omba və baldır implantları, eləcə də bədənin demək olar ki, hər yerinə dolğu etdirib.
O, hazırki görünüşünü saxlamaq üçün hər ay təxminən 1500 dollar xərcləyir.