"Nuş olsun"   əslində nə deməkdir? – Belə yaranıb
11 iyun 2024 15:00 (UTC +04:00)

"Nuş olsun" əslində nə deməkdir? – Belə yaranıb

Lent.az “ Belə yaranıb” rubrikasında bizim dilimizdə “Nuş olsun” kimi istifadə olunan kəlmənin yaranma tarixi barədə məlumat verir.

XVIII əsrin əvvəllərindən etibarən Rusiyada yeməyə başlamazdan öncə Tanrıya minnətdarlıq üçün uzun müddət davam edən dua oxumaq mərasimi zadəgan ailələrində fransız dilindən götürülmüş "bon appetit" sözü ilə əvəz olunub. 

Ancaq bilmək lazımdır ki, fransızlar öz qonaqları nəsə yeyəndən heç vaxt "Nuş olsun" demirlər. Çünki bu sözün mənası "yeməyi rahat həzm edin" deməkdir. Bunun əvəzinə "təamlardan zövq alın", "qonaq olun", "ümid edirik ki, ağız dadınıza uyğun olacaq" və digər ifadələr işlədirlər. 

Rusiyada isə qəbul edildikdən sonra "bon appetit" sadə xalq arasında “priyatnoqo appetita” şəklində işlənərək, süfrə etiketinin bir parçası olub. Bizim dilimizə isə “nuş olsun” şəklində tərcümə edilib. Buna qədər azərbaycanlılar “nuşi-can” kəlməsini də həvəslə işlədiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar