Rusiyada kaskadyor “Niva” ilə bir evin damından digərinə tullanmağa cəhd edib. Nəticədə o, 4 mərtəbəli binadan yıxılıb.
Vesti.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ilkin məlumata görə, avtomobili kaskadyor Yevgeni Çebotarev idarə edib. Tryuk zamanı “Niva”nın sürəti çatmayıb və o, divara çırpılıb, sonra yerə düşüb.
Çebotarev sağ qalıb, lakin yaralanıb. İndi o, xəstəxanadadır.