Neandertal insanın   genlərini daşıyırsınız?  -  ALTI ƏLAMƏT
09 yanvar 2024 17:44 (UTC +04:00)

Neandertal insanın genlərini daşıyırsınız? - ALTI ƏLAMƏT

Genetika mühəndisi Şebnem Ünlüişler 40 min il əvvəl nəsli kəsilmiş Neandertal insan növünün genlərini daşıyıb-daşımadığımıza dair 6 göstəricinin olduğunu açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mağara adamı olaraq da adlandırılan Neandertal insan növünün 40 min il əvvəl nəsli kəsildiyi bildirilir. İndiki müasir insanların (Homo sapiens) əcdadlarının 60 min il əvvəl Afrikadan Asiyaya, oradan da dünyaya yayıldığı elm adamları tərəfindən qəbul edilir.

Homo sapiens və Neandertalların "cütləşdiyi" və beləliklə də Neandertal DNT-sinin 2 faizinin bugünkü insanlarına çatdığı düşünülür.

İngiltərədə çalışan tədqiqatçı və gen mühəndisi Şebnem Ünlüişler Neandertal genini daşıyan 6 göstəricinin olduğunu açıqlayıb. Londonda çıxan “Daily Mail” qəzetinə danışan Ünlüişler deyib: "Neandertal DNT-si müasir insan genomunun yalnız kiçik bir hissəsini təmsil edir və bu təsirlər hər bir insanı unikal edən genetik tapmacanın yalnız bir parçasıdır".

Neandertal DNT-yə sahib ola biləcəyinizin 6 əlaməti bunlardır:

1. Asılılıq

Neandertal DNT-si insanların nikotin asılılığı riskini əhəmiyyətli dərəcədə artırır. Neandertal DNT-yə malik adamlar depressiya, psixiatrik və nevroloji təsirlərlərə daha çox məruz qalırlar. 

2. Qalın düz saçlar

Neandertal DNT-si qalın, düz saçlı insanlarda daha çox  tapıla bilər. Qırmızı saçla əlaqəli genetik variant da Neandertallarda yüksək idi.

3. Erkən qalxmaq

Qədim insanlardan, o cümlədən Neandertallardan ötürülən genlər erkən yuxudan durmağı “əmr edir”. 

4. Uzun burun 

London Universitet Kollecinin araşdırması 'uzun' burunların neandertal genetik materialından miras ola biləcəyini ortaya qoyub.

5. COVID riski 

Neandertal genini daşıyanların ağciyər problemləri də daxil olmaqla COVID-19-a yoluxma riskinin daha yüksək olduğu bildirilib. 

6. Çətin qaralma 

Əgər günəşə baxmayaraq qaralmaqda çətinlik çəkirsinizsə, bu geni daşımış ola  bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6282
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09