Müəllim 46 gündə  2 min kilometr   qaçdı
03 oktyabr 2023 17:52 (UTC +04:00)

Müəllim 46 gündə 2 min kilometr qaçdı

Novosibirskdən olan dünya bədii incəsənəti və  tarix müəllimi Stanislav Loqinov Dağıstandan Sevastopola 2100 kilometr uzunluğunda olan məsafəni 46 günə qət edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, indi də dünya rekordçusu olduğunu iddia edir.

Loqinovun ilkin məqsədi 1200 kilometr uzunluğunda, lakin dağa görə ultratreyl “Armaqeddon” marafonunu (çətin relyefdə 20 saat və ya daha çox, dırmaşma, mürəkkəb fiziki və psixoloji gərginlik ilə yarış – red.) qaçmaq olub. Lakin çökmə səbəbindən məsafə 925 kilometrə qədər azalıb.

O, nəticədən razı qalmayıb və Sevastopola qaçaraq “marafon”u uzatmaq qərarına gəlib. Yolda müxtəlif maneələri dəf edən idmançı canavar və ayılarla qarşılaşıb. Loqinov elektron cihazlardan istifadə edərək səyahətin bütün mərhələlərini qeydə alıb və yarış başa çatdıqdan sonra dünya rekordunun qeydə alınması üçün müraciət edib.

# 1068
avatar

Oxşar yazılar