Min dərdə dava olan  sirli çay göbələyi   içkisi
25 yanvar 2024 14:57 (UTC +04:00)

Min dərdə dava olan sirli çay göbələyi içkisi

50 dərəcəyə qədər şaxta olan ölkələrdə insanlar qışda necə sağlam qala bilirlər? Bunun sirri antibiotiki əvəz edən çay göbələyindədir. 

Lent.az xarici mediaya istinadla bir çox xalqların təbabətində yer alan sehrli can dərmanı olan çay göbələyi barədə məlumat verir.

Çay göbələyi  və ya kombucha çay, şəkər, maya və bakteriyalardan hazırlanmış fermentləşdirilmiş içkidir. Kombuchanın iki min il əvvəl Çində yarandığı güman edilir. 

Kombucha B vitaminləri, antioksidantlar və probiyotiklərlə zəngindir.

Dietoloqlar hesab edirlər ki, kombuça digər fermentləşdirilmiş qidalar kimi içkinin tərkibindəki probiotiklər sayəsində bağırsaq sağlamlığı üçün faydalıdır. 

Yaşıl çaydan hazırlanan Kombucha ənənəvi yaşıl çayla eyni müalicəvi xüsusiyyətlərə malikdir. Məsələn, çəki və qan şəkəri səviyyələrini idarə etməyə kömək edir. Yaşıl çay ən sağlam içkilərdən biri hesab olunur. Tərkibində çoxlu bioloji aktiv birləşmələr var. 

Kombuçanın fermentasiyası zamanı əmələ gələn əsas maddələrdən biri sirkə turşusudur. Çaydakı polifenollar kimi, o müxtəlif potensial zərərli mikroorqanizmləri öldürə bilər. Qara və ya yaşıl çaydan hazırlanan Kombucha, xüsusilə infeksiyaya səbəb olan bakteriyalara və Candida mayalarına qarşı güclü antibakterial xüsusiyyətlərə malikdir. Eyni zamanda, antimikrobiyal təsir fermentasiyada iştirak edən faydalı probiotik maddələrin böyüməsini maneə törətmir.

Kombucha ürək-damar xəstəlikləri riskini azaldır, 2-ci tip diabetlə, xərçənglə mübarizədə və arıqlamağa kömək edir.

Onu gündə 1-2 stəkan soyuq halda yeməkdən 1,5-2 saat sonra içmək lazımdır. İki aylıq istifadədən sonra üç həftəyə qədər fasilə vermək tövsiyə olunur.

Evdə adi çaydan hazırlanma qaydası

6 xörək qaşığı çay, 14  xörək qaşığı şəkər tozunun üzərinə bir litrə qədər qaynar su tökürük. 15 dəqiqə gözlədikdən sonra çayın üzərinə mələfə qoyub onu başqa bir qaba süzürük. Mayenin içərisində çay qırıntıları qalmamalıdır. Əks halda göbələk “xəstələnə” bilər. Süzdükdən sonra mayenin üzərinə 2 litr soyq su tökülür. Göbələk yetişdirilən qabı doldurmaq olmaz, orda göbələyin böyüməsi üçün yer lazımdır. Aptekdən alınmış bir ədəd hazır kombuçhanı həmin qaba qoyur, ağzını tənziflə bağlayıb 2-3 həftə sərin, qaranlıq və havalı yerdə yetişməsini gözləyirik. Hazır məhsulun turşaşirin tamı olur.

Mayeni içib qurtardıqdan sonra içindəki göbələyin üzərinə yenidən əvvəlki qaydada çay hazırlayıb tökmək lazımdır. Bu  göbələkdən 6 ay istifadə etmək olar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4686
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09