Almaniyanın “Adidas” şirkəti Argentina millisinin və Amerikanın “İnter Mayami” komandasının 36 yaşlı hücumçusu Lionel Messiyə səkkizinci “Qızıl top”un şərəfinə 8 qızıl üzük hədiyyə edib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, “Adidas”ın “Twitter” səhifəsində "Sayısız xatirələr, səkkiz üzük, sıfır şübhə" deyilir.
Ötən mövsüm Messi Argentina millisinin tərkibində dünya çempionu, PSJ ilə Fransa çempionu olub.