Alovlu göy qurşağı - günəş işığının buz kristalları üzərində sınması nəticəsində formalaşan bu fenomenal hadisə havanın temperaturunun aşağı olduğu yüksək hündürlükdə əmələ gəlir.
Lent.az tanınmış mütəxəssislərin bununla bağlı araşdırmasını təqdim edir.
Alovlu göy qurşağı əslində real göy qurşağı hesab olunmur. Sadəcə rənglərin oxşarlığına nəzərən sözügedən optik hadisə, sanki göy qurşağının səmada səpələnərək yaratdığı formanı alova bənzətdiklərindən bu adı alıb. Alovlu göy qurşağının formalaşması üçün aşağıda verilənlər mütləq ki, mövcud olmalıdır:
1. Günəş məntəqəyə 58 dərəcə və ya ondan daha böyük bucaq altında düşməlidir (Günəşin maksimum düşmə bucağı 90 dərəcədir).
2. Lələkli buludlar - milyonlarla altıbucaqlı buz kristallarından ibarət zərif buludlar səmada olmalıdır.
3. Günəş işığı lələkli buludlardakı buz kristallarına daxil olmalıdır.
Bu hadisə atmosfer hadisələri arasında müşahidə edilə bilən ən nadir hadisədir. 55 dərəcə şimal enliyindən şimalda və 55 dərəcə cənub enliyindən cənubda bu hadisə müşahidə edilmir. Səbəb isə göstərilən enliklərdən qütbə doğru getdikcə, günəşin düşmə bucağının azalmasıdır.