Həyat məqsədi gündəlik həyatımızda gördüyümüz işlərlə birbaşa əlaqəli deyil. Hər bir insanın həyata gəliş məqsədi dünyanı yaxşılığa doğru dəyişdirmək üçün həyatımızda edə biləcəyimiz şeydir!
Bəs sizin missiyanız nədir? Bunu öyrənmək üçün lələklərdən birini seçin.
Lent.az növbəti psixoloji testi təqdim edir.
1. Yaratmaq
İlk lələyi seçmisinizsə, bu, həyat missiyanızın yaradıcılıqla bağlı olmasıdır. Siz orijinal düşüncəyə malik, xəyallarınızı gerçəkləşdirməyi bacaran bir insansınız.
Əgər dünyanın daha yaxşı bir yerə çevrilməsi üçün lazım olan şey hələ icad olunmayıbsa, onu yaratmaq sizin ixtiyarınızdadır!
2. Qayğı göstərmək
İkinci lələyi seçmisinizsə, bu, çox həssas və hər zaman başqalarının qayğısına qalan bir insan olduğunuz üçündür. Bu dünyada sizin missiyanız ətrafınızdakı insanlara dəstək olmaqdır.
3. Şəfa vermək
Üçüncü lələyi seçmisinizsə, bu həyatdakı missiyanız sağaltmaqdır. Başqalarının nəyə ehtiyacı olduğunu, onlara nəyin zərər verdiyini, nəyin çatışmadığını öyrənmək imkanınız var.
4. Enerji vermək
Dördüncü lələyi seçmisinizsə, içinizdə qaynayan sonsuz enerji var və bu, sizə dəyişiklik və yeni bir şey arzusu verir. Missiyanız müsbət duyğular yaradan enerjinizi insanlarla bölüşməkdir.