İtaliyanın kralı I Umberto
23 fevral 2021 13:54 (UTC +04:00)

İtaliyanın kralı I Umberto

Küçədə güllələnən restoran sahibi, Kralın heyrəti... – OXŞAR TALELƏR

Hadisə 1900-cü ildə İtaliyada baş verib. İtaliyanın kralı I Umberto günlərin birində kiçik restoranın qarşısından keçərkən içəri daxil olmağı qərara alır. Məqsədi insanlara necə iaşə xidmətinin göstərilməsini öyrənmək idi. 

Hər şey qaydasında idi. Restoran sahibini çağırtdırıb, ona xidmətlərindən məmnun qaldığını bildirmək istəyir. Restoran sahibi ilə dialoq kralı heyrətləndirir...

Məlum olur ki, kral restoranın sahibi ilə eyni gündə, eyni şəhərdə anadan olublar. Hətta hər ikisinin xanımının adı Marqarita idi.

Kralın ağlına belə gəlməzdi ki, ölüm tarixləri də eyni olacaq... 

1900-cu il iyulun 29-da krala məruzə edirlər ki, restoranın sahibi küçədə güllələnib. Həmin gün I Umberto da qətlə yetirilir.

# 2262
avatar

Rəsul SARI

Oxşar yazılar