Kriştiano Ronaldonun sevgilisi  uşaqlığından   DANIŞDI: Görün nələr dedi?
18 may 2023 08:10 (UTC +04:00)

Kriştiano Ronaldonun sevgilisi uşaqlığından DANIŞDI: Görün nələr dedi?

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes uşaqlıqda kiminləsə tanışlıq qurmağın onun üçün nə qədər çətin olduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Corcina Argentinada anadan olub, lakin orada cəmi bir il yaşayıb, sonra ailəsi İspaniyaya köçüb. “Netflix”in “Mən Corcina” serialının ikinci mövsümündə o, uşaqlığı ilə bağlı xatirələrini və məktəbdə özünü necə tənha hiss etdiyini bölüşüb. Qızın autizm olduğunu düşündüyü üçün anası Corcinanı baletə yazdırıb.

“Kilsə məktəbində rahibələrdən qorxurdum və onlar müəllim idilər. Məktəbdə özümü çox tənha hiss edirdim. Anam autizmli olduğumu düşünürdü, çünki kiçik dünyamda tək qalmağı çox sevirdim. Ona görə də o, məni baletə yazdırdı. Daha sonra xoreoqraflar ona “O, autizmli deyil” deyiblər. Sadəcə, sinif yoldaşlarımla aram yaxşı deyildi. Ola bilsin ki, biz sadəcə yola getmirdik. Onlarla heç bir ünsiyyətim yox idi", -  Rodriqes deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar