Koronavirusa  şeir yazdı:   həbsxanaya göndərildi
03 noyabr 2021 14:01 (UTC +04:00)

Koronavirusa şeir yazdı: həbsxanaya göndərildi

Türkmənistan məhkəməsi koronavirusla bağlı “Acı həqiqət” şeirini yazan 48 yaşlı “YouTube” bloqçusu Murat Ovezovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Ümumilikdə 385 abunəçisi olan Ovezov pandemiya ilə bağlı dəfələrlə mənfi fikirlər səsləndirib və narazılığını poetik formada ifadə etmək qərarına gəlib. Bundan əlavə, o, videoçarxlarında ölkədə baş verənlərdən: mağazalardakı növbələrdən, İnternetə çıxışdakı çətinliklərdən, həmçinin koronavirusla bağlı vəziyyət və bununla bağlı qoyulan məhdudiyyətlərdən danışıb.

Məlumat verən mənbənin sözlərinə görə, bu materiallar Türkmənistanın Dövlət təhlükəsizlik xidməti üçün maraqlı ola bilərdi. Daha sonra Ovezov respublikanın hakimiyyətini tənqid etməyə haqq qazandırmağa çalışaraq bir neçə video çəkib, lakin sonda həbs edilərək həbsxanaya göndərilib.
 
2020-ci ilin mart ayında Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) portalı Türkmənistan hakimiyyətinin pandemiya ilə bağlı məlumatları gizlətmək üçün “koronavirus” sözünün istifadəsini qadağan etdiyini və onu istifadədən çıxardığını bildirmişdi.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölkədəki bütün KİV-lərə nəşrlərdə “koronavirus” sözünü göstərmək qadağan edilib. Eyni zamanda, küçədə maska taxan və dünyada yayılan koronavirus pandemiyası haqqında danışan vətəndaşlar mülki geyimli polis əməkdaşları tərəfindən həbs oluna bilər.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Oxşar yazılar