Mütəxəssislər bəzi kişilərin qocalıqda belə gur saçlara sahib olduqlarını, bəzilərinin isə 20 yaşında keçəlləşməyə başlamasının səbəbini müəyyən ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, irsiyyətdən çox şey asılıdır.
Araşdırmanın müəllifləri saç tökülməsi ilə əlaqəli yeni, daha nadir mutasiyalara diqqət çəkiblər. Onlar belə nəticəyə gəliblər ki, saç tökülməsinin genetik səbəbi əvvəllər düşünüldüyündən daha mürəkkəb ola bilər. Alimlər hər hansı bir nəticə çıxarmazdan əvvəl bir sıra genlərin dəqiq ardıcıllığını və xüsusi məlumatların təhlili metodlarından istifadə etməli idilər.
Nəticədə onlar beş geni təcrid edə biliblər: EDA2R, WNT10A, HEPH, CEPT1 və EIF3F. İlk ikisi əvvəllər "keçəlliyin günahkarları" roluna namizəd hesab olunurdu, lakin son üç gen - HEPH, CEPT1 və EIF3F - yeni məqalənin müəlliflərinin nailiyyətidir. Baxmayaraq ki, əvvəllər yalnız saçların inkişafı və böyüməsinin iştirakçıları kimi qəbul edilirdilər.