IKEA şirkətinin qurucusu İnqvar Kamprad
22 aprel 2021 19:14 (UTC +04:00)

IKEA şirkətinin qurucusu İnqvar Kamprad

Kibrit satmaqdan miyarderliyə yüksələn "XƏSİS QOCA" 

Uğur qazanan şirkət yaradıcılarından biri də IKEA-nın qurucusu İnqvar Kampraddır.

Lent.az xəbər verir ki, 91 yaşında dünyasını dəyişən milyarder həyatının 80 ilini bizneslə məşğul olub.

Teodor Drayzerin öz “Finansist” (Maliyyəçi) romanında dediyi kimi, uşaq ilk pulunu Stokholmda kibritləri toplu şəkildə alır və onları kiçik bir qazanc ilə qonşularına satırdı.

Tədricən Kamprad satdığı məhsulların çeşidinə ev və məişət üçün nəzərdə tutulan məhsulları da əlavə edir. Məsələn, bayram oyuncaqları, qələm, karandaş, ərzaq və s.

Beləliklə, İnqvar 17 yaşında olanda ağlına nəhəng ticarət şəbəkəsi - IKEA-nı yaratmaq ideyası gəldi. O, elə bir şirkət istəyirdi ki, orada mebel və ev üçün lazım olan məhsulları sata bilsin. Və bunu bacardı...

Kamprad qənaət etməyə elə meyilli idi ki, tez-tez “xəsis qoca” olaraq adlandırılırdı. 1993 model bir avtomobil idarə edən milyarder heç vaxt biznes klass təyyarə səfəri ilə uçmaz, hətta işgüzar səfərə yolladığı işçilərinə təkcə ən ucuz otellərdə qalmağa çatacaq qədər büdcə ayırardı. Bahalı kostyumlar geyinməkdən qaçınan, yenidən istifadəyə də meyilli olan Kamprad hər hansı bir restorandan çıxarkən yanında apara biləcəyi pulsuz məhsullardan almağı da unutmazdı.

Təbii ki, bütün milyonçular kimi onun da çox bahalı mülkləri var idi. Ancaq gündəlik həyatdakı qənaətcil davranışları əlimizdə olanlardan diqqətlə istifadə etməklə bağlı nümunə təşkil edir.

Onun üçün iş təkcə çalışmaq deyildi:

“Bir iş təkcə gəlir mənbəyi hesab edilməməlidir” deyə yazan Kamprad işini sevərək icar etməyin əhəmiyyətini vurğulayırdı. “Əgər işinizi sevərək yerinə yetirmirsinizsə, həyatınızın üçdə bir hissəsi ziyan olur deməkdir.”

Bu şirkət sayəsində qazandığı 58.7 milyard dolarlıq sərvət İnqvarı dünyanın ən varlı, 8-ci insanı etmişdi./ “facemark”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar