İtlərin insanların immun sisteminə TƏSİRİ
04 avqust 2023 18:09 (UTC +04:00)

İtlərin insanların immun sisteminə TƏSİRİ

Virciniya Universitetinin alimləri itləri sığallamaq insanın immun sistemini gücləndirməyə kömək etdiyini müəyyən edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müəlliflər əvvəlki tədqiqatların məlumatlarını təhlil edərək itlərlə qısa müddətli təmas insan orqanizminin vəziyyətinə müsbət təsir göstərdiyini isbat ediblər.

Belə ki, insanlarda stress hormonu olan kortizolun səviyyəsi itlərlə keçirdikləri cəmi 5-20 dəqiqə ərzində aşağı düşür. Bundan əlavə, müəlliflər sağlamlığa kömək edən bir hormon olan oksitosin səviyyəsində artım qeyd ediblər. Bu, immunitet sistemini və sinir sisteminin vəziyyətini yaxşılaşdırır. Eyni şey itlərdə də olur.

Bir itə sahib olmaq ürək sağlamlığının yaxşılaşması və fiziki fəaliyyətin artması da daxil olmaqla, müsbət sağlamlıq nəticələri ilə əlaqələndirilib. Həmçinin, ev heyvanının olması yoldaşlıq, həyatda daimilik mənbəyi təmin edir və sahiblərinə sevildiyini hiss etdirir.

Gələcəkdə müəlliflər əldə etdikləri nəticələri daha böyük nümunələrdə sübut etmək üçün bir sıra tədqiqatlar aparmağı planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Fidan İlqar

Oxşar yazılar