İt mağazadan lotereya bileti oğurlayıb SAHİBİNİ VARLANDIRDI
27 fevral 2024 09:54 (UTC +04:00)

İt mağazadan lotereya bileti oğurlayıb SAHİBİNİ VARLANDIRDI

Çinli qadının sevimli iti alış-veriş zamanı təsadüfən ondan ayrılıb və uduşlu lotereya bileti tapıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sahibi Quanqdonqda alış-veriş edərkən it nəzarətdən çıxıb və yaxınlıqdakı mağazaya qaçıb.

Qadın ev heyvanını tutmağa çalışsa da, lotoreya satıcısı üzərində diş izləri qoyduğu cızıq bileti üçün zərəri ödəməli olacağını deyib. Biletdə 139 dollarlıq mükafatın olduğu aşkar edildikdə, təsadüfi bir hadisə gözlənilməz nəticə verib.

Ertəsi gün Lin iti ilə mağazaya qayıdıb və onlar yenə uduşlu bileti seçiblər. Bu dəfə uduşlar bir qədər çox olub. Lin, qazandığı pulun bir hissəsini itinə yeməklər və konservlər almaq üçün istifadə etdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

Fidan İlqar

Oxşar yazılar