İntellekt TESTİ  - Böyüklərin uğursuz olduğu ibtidai sinif misalı
13 may 2026 15:57 (UTC +04:00)

İntellekt TESTİ - Böyüklərin uğursuz olduğu ibtidai sinif misalı

0

Sosial şəbəkələrdə yayılan sadə görünüşlü riyaziyyat məsələsi istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. İlk baxışda asan görünən tapşırıq bir çox insanı çaşdırıb və düzgün cavabı tapmaq düşündüyündən çətin olub.

Məsələ belə təqdim olunur:

12−6÷3×2

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ekspertlər bildirir ki, düzgün nəticəyə çatmaq üçün əsas məsələ riyaziyyatda əməliyyatların ardıcıllığı qaydasını xatırlamaqdır.

Qaydalara əsasən, əvvəlcə bölmə və vurma əməliyyatları yerinə yetirilməlidir və bu əməliyyatlar soldan sağa doğru icra olunur. Bu prinsipə uyğun olaraq, əvvəlcə 6 3-ə bölünür və nəticədə 2 alınır. Daha sonra bu nəticə 2-yə vurulur və 4 əldə edilir. Son mərhələdə isə 12-dən 4 çıxılır.

Beləliklə, məsələnin düzgün cavabı 8 olur.

Maraqlıdır ki, bir çox insan bu qaydanı nəzərə almadığı üçün səhv nəticələr əldə edib. Sosial şəbəkələrdə istifadəçilərin böyük hissəsi əməliyyatların ardıcıllığını unutduğuna görə fərqli cavablar verib.

Ekspertlər qeyd edir ki, bu cür sadə tapşırıqlar belə məktəb proqramında öyrədilən əsas biliklərin nə qədər vacib olduğunu bir daha göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar