İnsanların yox olmasına cəmi 756 il qalıb.
Lent.az-ın xəbərinə görə, bu proqnozu hələ 1993-cü ildə amerikalı alim, futurist Robert Qot deyib.
Görəsən geridə qalan bu 7 əsr yarımda bizi nə gözləyir?
Alim bildirib ki, yaxın 100 ildə insanların sayı 10 milyardı keçəcək.
Alim müəyyən hesablamalar apardıqdan sonra əminliklə bildirib ki, insanlar ayda kaloniya quracaqlar. Biotexnoloji əzaları pulla ala biləcək, xəstə orqanları asanlıqla biotexnoloji orqanlarla əvəzləyəcəklər. Beləliklə insanın yaşam müddəti də uzanacaq. 2180-ci ildə insan artıq Günəş sistemindəki planetlərdə yaşam şəraiti yaradacaq.
2280-ci ilə qədər antimaddəni kəşf edən insan Günəş sistemindən kənara çıxa biləcək, uzaq ulduzlara teleportasiya yolu ilə səfər edəcək.
24-cü əsr transhumanizm əsri olacaq. Robot və insanın qarışığından ibarət varlıqlar Yer üzündə hökm edəcək.
25-ci ərsrdə supergücləri olan kiborqlar aramızda sərbəst dolaşacaqlar. Onlar yeni şüurlu varlıqlar olacaqlar.
26-cı əsrdə insanlar Kardaşev şkalasının birinci səviyyəsini aşacaqlar.
Qeyd edək ki, Kardaşev şkalası SSRİ astronavtı Nikolay Kardaşev tərəfindən sivilizasiyanın texnoloji inkişafını ölçmək üçün təklif olunan şkaladır.
Şkalaya görə Tip 1 sivilizasiyası (planetar sivilizasiya) - öz planetindəki bütün enerji resurslarını istifadə edə bilən sivilizasiyadır.
Tip 2 sivilizasiyası (ulduz sivilizasiyası) - öz ulduz sistemindəki (bizdə Günəş sistemi) bütün enerji resurslarını istifadə edə bilən sivilizasiya, Tip 3 sivilizasiya (qalaktik sivilizasiya) - öz qalaktikasındakı bütün enerji resurslarını istifadə edə bilən sivilizasiyadır.
İnsanlıq hazırda bu şkala üzrə Tip 0.7 sivilizasiyadır.
Alimin proqnozlarına görə, 2779-cu ildə bəşəriyyət Yer kürəsini tərk etməyə məcbur qalacaq.
Bəzi tədqiqatçıların fikrincə, XXI əsrin axırlarında bəşəriyyəti ya uçurum, ya da ki, kosmosa doğru qlobal irəliləyiş gözləyir. Alimlərin qənaətinə görə, əsrin axırı üçün hamımıza yaxşı tanış olan bəşəriyyət artıq qalmaya bilər.
Məşhur fizik Stiven Hokinq isə sağlığında bildirmişdi ki, tezliklə əgər inkişaf bu formada gedərsə, kimsə öz-özünə inkişaf edən və özünü kopyalayan bir növ süni intellekt yaradacaq. Bu isə insanlardan daha üstün olan bir həyat forması olacaq.