ABŞ, Böyük Britaniya və Kosta-Rikadan olan beynəlxalq alimlər qrupu gecə vaxtı güvələrin və digər uçan həşəratların küçə lampaları və digər işıq mənbələri ətrafında dövrə vurmasının sirrini açıblar.
Lent.az xəbər verir ki, bu barədə araşdırma "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.
Əvvəllər güvələrin istiliyə görə işıq mənbəyinə yaxınlaşdığı deyilirdi.
Ancaq bütün canlılar bu kateqoriyaya aid deyil.
Fərziyyə görə böcəklərin lamapa işıqlarında naviqasiya kimi istifadə etməsidir.
Bu sualı öyrənmək üçün tədqiqatçılar müxtəlif işıq mənbələri ətrafında uçan həşəratların hərəkət istiqamətini dəqiq müəyyən etmək üçün lentə alıblar. Videoların tədqiqi göstərdi ki, güvələr işığa arxa çevirməyə çalışırlar. Bu, dorsal işıq reaksiyası adlanan məlum bir davranışdır.
Tədqiqatçılar deyirlər ki, onların araşdırmaları həşərat müxtəlifliyini qorumaq üçün işıq çirklənməsinin azaldılması zərurətini vurğulayır.