Scripps İnstitutunun alimləri beynin soyuq temperaturlara məruz qaldıqda daha çox yeməsinə səbəb olan bölgəsini müəyyən ediblər.
Lent.az xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub.
Bioloqlar soyuq (3,8 °C) və isti (22,8 °C) şəraitində siçanların beyinlərində neyronların fəaliyyətini müqayisə ediblər. Aşağı temperaturda beynin bir çox sahəsi daha yavaş işləməyə başlayıb. Həmin sahə "talamus" adlanır.
Fəaliyyətdəki artım talamusun orta xətt nüvəsindəki neyronlara təsir edib. Bu, donmuş siçanlar yemək axtarmağa başlamazdan əvvəl baş verib.
Tədqiqatçılar bu neyronları süni şəkildə aktivləşdirəndə siçanlar intensiv şəkildə qida axtarmağa başlayıblar, basdırıldıqda isə heyvanlar axtarışdan vaz keçiblər. Bu təsirlər yalnız soyuq şəraitdə ortaya çıxıb. Kəşf o deməkdir ki, talamusdakı bir qrup neyron siçanların beynində “açar” kimi fəaliyyət göstərir və temperatur aşağı düşəndə onların qida axtarmasına səbəb olur.
Məməlilər soyuğa məruz qaldıqda bədən istiliyini normal saxlamaq üçün avtomatik olaraq daha çox enerji yandırırlar. Bu iştahın artmasına səbəb olur, buna görə də "soyuq terapiya" kilo vermək üçün nəzərdə tutulmur. Tədqiqat metabolik sağlamlığı və yağ itkisini yaxşılaşdırmaq üçün soyuqla əlaqəli təsirləri uyğunlaşdıracaq.