Dünyada elə gözəl yerlər var ki, insan orada yaşamaq üçün can atır. Amma atalar yaxşı deyib, “Hər gözəlin bir eybi var”. Füsunkar gözəlliyə məxsus hər şey kimi bu məkanların da təhlükəli tərəfləri var.
Lent.az xarici KİV-ə istinadən bu dəfə sizə cəmi 170 nəfər əhalisi olan Aoqaşima kəndi haqda məlumat verəcək. Yaponiyaya məxsusdur bu kənd. Ərazisi 8,75 kvadrat km-dir.
Bu gözəl və təhlükəli vulkanik ada müxtəlif dövrlərdə partlayış və zəlzələlərə şahid olub. 1785-ci ildə baş verən böyük bir vulkan partlayışı nəticəsində xeyli sayda insan həyatını itirib. Zəlzələ və vulkan püskürmələri zamanla insanların adanı tərk etməsinə səbəb olub. Amma onu da deyək ki, bu tənhalıq Aogashimaya çox yaraşır.
Yaponiyanın Aoqaşima kəndi
Yaponiyanın Aoqaşima kəndi
Yaponiyanın Aoqaşima kəndi