Turist Ramiro Navarro Meksikanın Bilbao qüllələrini ziyarət edərkən bu bölgənin gözəl mənzərələrini çəkmək istəyib və daha sonra fotoda kadra UFO-nun girdiyini görüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi fotonu çəkdikdən sonra bir neçə həftə keçdiyini və az sonra təsadüfən arxasındakı qəribə obyektə diqqət çəkdiyini bildirib.
O bildirib ki, yaxınlıqda yaşayan yerli sakinlər də UFO-ları dəfələrlə gördüklərindən danışıblar.