İngiltərədə qeyri-adi hadisə yaşanıb.
Lent.az xəbər verir ki, 18 yaşlı Britaniya sakini bir səhər bank balansını yoxlayıb və orada 8,9 milyon funt sterlinqinin olduğunu öyrənib.
Bu, yeniyetmə üçün şok olub. Çünki o, lotereya oyunlarında heç vaxt iştirak etməyib.
"İnana bilmədik. Oğlum saatlarla özünü milyonçu zənn etdi. Yanıma gəldi və "Porsche sifariş edəcəyəm" dedi", - yeniyetmənin anası Karolin bildirib.
Qadın 18 yaşlı gənci başqalarının pulunu xərcləməməyə və onun haradan gəldiyini soruşmağa başlayıb.
Məlum olub ki, bir müddət əvvəl nənəsi gənc oğlanın hesabına 8900 funt sterlinq köçürüb. Ancaq bank yanlışlıq edərək məbləği artırıb.
Vaxt keçdikcə maliyyə qurumunun əməkdaşları səhvi qeydə alıb və vəziyyəti düzəldiblər.
Məlumata görə, bir günlük milyonçu olan gənc pulu xərcləmək istəyib. Amma valideynləri icazə verməyib. Çünki belə olan halda vəsait geri ödənməli idi.